AZ

Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların,mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirlərikeçirilib.

Trend xəbər verirki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənuğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəliksükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifaolunub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarınaçatdırılıb.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi iləmilli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən vətarixi ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrinuğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətininartırılmasında, bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gündə yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrinibəxş edirlər. Qeyd olunub ki, mərhəməti, humanistliyi, xeyirxahlığıvə vətənpərvərliyi ilə fərqlənən qadınlarımız ordu quruculuğuprosesində də fəallıq göstərirlər.

Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlıtəhsil və hərbi tibb müəssisələrində, eləcə də digər bölmələrdəxidmət edən qadın hərbi qulluqçuların, dövlət qulluqçularının vəmülki işçilərin əməyinin daim yüksək qiymətləndirildiyi qeydedilib. Onlara gələcək xidmətlərində və şəxsi həyatlarında uğurlararzulanıb, xidmətdə fərqlənən bir qrup xanımlar müxtəliftəltiflərlə mükafatlandırılıblar.

Sonda tədbirlərdə iştirak edən qadınlara bayram hədiyyələri vəgül dəstələri təqdim olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
164
5
az.trend.az

6Mənbələr