AZ

Ərinin emalatxanasını boş qoymayan çəkməçi qadın | VİDEO


Fəzilət xanım ömür-gün yoldaşının emalatxanasının qapısının bağlı qalması ilə razılaşmayıb. Adəti üzrə səhər tezdən işə gələrək emalatxananın qapısını açır, ətrafına əl gəzdirir, səliqə-sahman yaradır və müştərilərini qəbul edir.


- Adətən insanlar, xüsusən də kənd sakinləri bazara səhərlər gəlirlər. Mənim də belə müştərilərim az deyil. Onlar təmir olunacaq ayaqqabılarını, yaxud digər məişət əşyalarını səhər tezdən gətirib təhvil verir və geri qayıdanda özləri ilə aparmaq istəyirlər. Bir neçə saatda həmin işləri tez başa çatdırıram ki, çətinlik yaşamasınlar,- deyir Fəzilət xanım.


Əlindəki işi yarımçıq qoymağı sevmir. Bu adət də ona mərhum çəkməçi ərindən qalıb. Gəlin gəldiyi evdə boş vaxtlarında həyat yoldaşına kömək edə-edə bu peşəni öyrəndiyini deyən Fəzilət xanım ötən 35 il ərzində bütün incəliklərə bələd olduğunu bildirir.


Həyat yoldaşı bir neçə il əvvəl rəhmətə gedəndən sonra ailənin yükü, ağırlığı onun üzərinə düşüb. Fəzilət xanım da tərəddüd etmədən həyat yoldaşının emalatxanasında işlərini davam etdirməyə başlayıb. Onu işinə məsuliyyəti, səliqə-sahmanı çoxlarının diqqətini cəlb edib.

Onun müştəriləri arasında müxtəlif insanlar var. Bəzən rayonun ən ucqar kəndlərindən belə adını, peşəsini eşidib müraciət edənlər olur.



Seçilən
100
2
azvision.az

3Mənbələr