AZ

Jorje Kaşkilya "Şamaxı"ylaheç-heçənişərh etdi

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində bu gün səfərdə "Şamaxı"yla bərabərə qalan (0:0) "İmişli"nin baş məşqçisi Jorje Kaşkilya oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis belə danışıb:

"On beş gün əvvəl olduğu kimi, "Şamaxı" ilə yenə mübarizəli oyun alındı. Rəqib fiziki, atlerik keyfiyyətləri yüksək olan komandadır. Matçın yalnız son yarım saatlıq bölümündə fərqlınmək üçün bol anslarımız oldu, amma fərqlənə bilmədik. "Şamaxı" kobud oynayırdı. Biz tempi artırmaq istəyirdik, ancaq qayda pozuntuları nəticəsində buna nail ola bilmirdik. Hakim də buna göz yumurdu. Pis nəticə deyil, ancaq qalib gəlmək istəyirdik. "İmişli" oyunçuların fərdi keyfiyyətlərinə görə rəqiblərimdən geri qalsa da, komanda kimi güclüyük. Bəli, son oyunlarda qalib gələ bilmirik. Amma uduzmuruq da. Oyunçularım meydanda bütün güclərini qoyur. Buna görə komandamdan razıyam". 

Seçilən
115
fanat.az

1Mənbələr