AZ

İran hücum gücünün 60%-ni ABŞ bazalarına qarşı istifadə edir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndəsi Əli Məhəmməd Naeini televiziya müraciətində bildirib ki, İran regiondakı ABŞ bazalarına qarşı hücumlarda hərbi gücünün yalnız bir hissəsindən istifadə edir.

KONKRET.az xəbər verir ki, Naeinin sözlərinə görə, İranın hücum imkanlarının təxminən 60 faizi ABŞ-ın regiondakı hərbi bazaları və strateji maraqlarına qarşı yönəldilib, 40 faizi isə İsrail hədəflərinə qarşı istifadə olunur.

“Biz bu müharibədə əsas düşmən kimi amerikalıları görürük və buna görə də onlar cəzalandırılmalı olan əsas hədəfdir. Amerikalılar artıq yetmiş ildir ki, bu regionda hərbi bazalar yaradır”, – deyə o bildirib.

Naeini əlavə edib ki, İran onun ərazisinə göndərilən 80 pilotsuz uçuş aparatını vurub. Onun sözlərinə görə, məhv edilənlər arasında üç ədəd yüksək texnologiyalı ABŞ istehsalı olan MQ‑9 Reaper pilotsuz aparatı və 74 İsrail dronu da var.

SEPAH rəsmisi bildirib ki, İranın ağır raketlər, ballistik və qanadlı raketlər, müxtəlif pilotsuz aparatlar və zərbə katerlərindən ibarət arsenalı genişmiqyaslı və uzunmüddətli müharibəyə tam hazır vəziyyətdədir. O əlavə edib ki, Tehran regiondakı ABŞ hərbi bazalarını “qanuni hədəflər” hesab edir.

Eyni zamanda, Fars News Agency məlumat yayıb ki, SEPAH yaxın vaxtlarda pilotsuz uçuş aparatları ilə əməliyyatların intensivliyini 20 faiz artırmağı planlaşdırır. Bildirilir ki, eyni zamanda strateji və super ağır raketlərin istifadəsi iki dəfə artırılacaq.

Natiq Səlim,
KONKRET.az

Seçilən
119
50
konkret.az

10Mənbələr