AZ

“Dinamo” darmadağın etdi, “Şaxtyor” lider oldu - İCMAL

Ukraynada 18-ci tur start götürdü.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə ölkə futbolunun nəhəngləri meydana çıxdı. “Veres”i qəbul edən “Şaxtyor” oyunboyu qol axtarışında oldu. Çoxsaylı hücumlar yalnız 81-ci dəqiqədə bəhrə verdi. Traorenin zərbəsindən sonra müdafiəçinin başına dəyən top tirə də toxundu və Bondarın önünə düşdü. Boş qapını dəqiq nişan alan Valeri 27 yaşının tamamında özünə gözəl hədiyyə etdi. “Şaxtyor” bu qələbədən sonra ən azı birgünlüyə liderliyi ələ keçirdi.

Hesabat turunda “Episentr”i qəbul edən “Dinamo” ilk dövrədə (4:1) olduğu kimi yenə bu rəqibin qapısından 4 top keçirdi. Oyunun axarına tam nəzarət edən kiyevlilər 36-cı dəqiqədə bir qədər şübhəli görünən penalti ilə hesabı açdı. 2-ci hissənin əvvəlində Ponomarenko dubl etməklə rəqibin müqavimətini qırdı. Sonradan meydana çıxan Yarmolenko isə komandasının 4-cü qolunu vurdu. “Dinamo” inamlı oyun göstərməklə asan qələbə qazansa da, rəqibin də çox zəif olduğunu vurğulamalıyıq.

Bu oyunla bağlı iki maraqlı məqam var. 36 yaşlı vinger Yarmolenko Ukrayna çempionatında 117-ci qolunu vurmaqla bombardirlər yarışında Yevgeni Seleznyovla birgə 3-cü yeri bölüşür. Rekordçu Maksim Şatskixin hesabında 124, Sergey Rebrovun hesabında isə 123 qol var. “Dinamo”nun prezidenti İqor Surkisin oğlu Vyaçeslav da bu oyunda meydana çıxdı. Həmin gün 20 yaşını tamamlayan qolkiperə hesab 4:0 olandan sonra şans verildi...

Turun mərkəzi oyununda “qış çempionu” LNZ avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Polesye”ni qəbul etdi. “Dinamo” ilə “Şaxtyor”un qələbəsi fonunda, təbii ki, bu iki komanda xal itirmək istəmirdi. Jitomirlilər inanılmaz dərəcədə effektli oyun göstərdi. Onların “çərçivə”yə hər üç zərbəsi qol oldu. LNZ-nin gücü yalnız təsəlli qoluna çatdı – 1:3. “Polesye” bu qələbə sayəsində lider “Şaxtyor”la xal fərqini 5-ə, LNZ-ə ilə 2-yə endirdi.

“Krivbass” – “Zarya” oyununda da 3:1 hesabı qeydə alındı. Sadəcə, bu oyunda meydan sahibləri sevindi. “Obolon” “Rux”a, “Kolos” “Karpatı”ya minimal hesabla qalib gəldi. “Poltava” – “Kudrovka” oyununda isə qonaqlar qalib gəldi.

18-ci tur
Şaxtyor – Veres 1:0

Bondar, 81.
Şaxtyor: Riznık, Pedro Enrike, Matviyenko, Bondar, Konoplya, Krıskiv (Nazarina, 76), Pedrinyo, Oçeretko (İzaki, 46), Prosper (Traore, 63), Alison (Bondarenko, 87), Meyrelles (Neverton, 63).

Dinamo – Episentr 4:0
Brajko, 36-p. Ponomarenko, 49; 53. Yarmolenko, 65.
Dinamo: Neşeret (Surkis, 81), Vivçarenko, Korobov, Mixavko, Belovar, Brajko (Mixaylenko, 71), Pixalenok (Buyalski, 62), Voloşin, Reduşko (Yarmolenko, 63), Şaparenko (Yatsık, 63), Ponomarenko.

LNZ – Polesye 1:3
Assinor, 73 – Andriyevski, 4. Emerllahu, 33. Qayduçik, 83.

Krivbass – Zarya 3:1
Lin, 8. Zaderaka, 30. Mendosa, 45 – Ancuşiç, 2.

Metallist 1925 – Aleksandriya 1:0
Zaberqca, 83-p.

Obolon – Rux 1:0
Ustimenko, 32.

Karpatı – Kolos 0:1
Salabay, 62.

Poltava – Kudrovka 0:2
Starçous, 67. Morozko, 90+4-p.

1. Şaxtyor 18 12 5 1 46-12 41
2. LNZ 18 12 2 4 23-11 38
3. Polesye 18 11 3 4 31-12 36
4. Dinamo 18 9 5 4 40-21 32
5. Krivbass 18 8 6 4 31-25 30
6. Metallist 1925 17 7 7 3 19-12 28
7. Kolos 18 7 7 4 18-15 28
8. Zarya 18 6 6 6 22-23 24
9. Veres 17 5 6 6 16-20 21
10. Obolon 17 5 5 7 13-27 20
11. Karpatı 18 4 7 7 20-25 19
12. Rux 18 6 1 11 15-25 19
13. Kudrovka 18 5 4 9 23-32 19
14. Episentr 18 4 2 12 18-33 14
15. Aleksandriya 17 2 5 10 14-29 11
16. Poltava 17 2 3 13 16-43 9

Bombardirlər: Qayduçik (Polesye) – 8, Prosper (LNZ), Klimçuk (Kolos), Budkovski (Zarya), Tverdoxleb (Krivbass), Babukar (Rux) – 7.

Seçilən
132
1
football-plus.az

2Mənbələr