AZ

Göyçayda YOL PROBLEMİ: 30 mindən çox insan əziyyət çəkir VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Uzunluğu 22 kilometr olan Qaraməryəm-Müsüslü avtomobil yolunda nəqliyyat vasitəsini idarə etmək sürücülər üçün olduqca çətinləşib.

Ötən əsrin 80-ci illərində çəkilən ikizolaqlı yol hazırda bərbad vəziyyətə düşüb.

Sözügedən yol Göyçayın mərkəzini kəndlərlə birləşdirməklə yanaşı, bir sıra istiqamətlər üçün də alternativ marşrut rolunu oynayır.

Göyçayda YOL PROBLEMİ: 30 mindən çox insan əziyyət çəkir - VİDEO

Sakinlər İctimai TV-yə bildiriblər ki, bu yolun ətrafında 30 mindən çox əhali yaşayır.

Onların sözlərinə görə, yolun təmiri ilə bağlı dəfələrlə müraciət etsələr də, indiyədək heç bir nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qurum yolun mövcud vəziyyətindən xəbərdardır.

Qeyd olunub ki, yolun yenidən qurulması ilə bağlı layihə hazırlanıb və hazırda təsdiq mərhələsini gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
137
3
oxu.az

4Mənbələr