ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
"Football-plus.az" xəbər verir ki, “Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull”un pilotu Maks Ferstappen 2026 mövsümü ilə bağlı gözləntilərini bölüşüb:
“Həqiqətən də test yarışlarında problemlərimiz var idi. “Red Bull”un belə çox adamı bir araya gətirməklə öz mühərrikini layihələndirməsi böyük uğurdu. Bu məsələdən razıyam. Eyni zamanda, onu da anlayıram ki, yüksək yerlər uğrunda mübarizə aparmaq üçün irəli daha bir addım atmaq lazımdı. Mənə elə gəlir ki, indiki məqamda “Red Bull” yarışlarda qələbə uğrunda mübarizə aparmayacaq. Realist olmaq lazımdı. Yeni reqlamentə keçəndən dərhal sonra və öz mühərrikimizdən istifadə etməyə başlamaqla mövsümün lap əvvəlindən qələbə uğrunda mübarizə aparacağımızı heç gözləmirik də”.
2026 mövsümü 24 mərhələdən ibarət olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.