AZ

A seriyası matçında qapılara yalnız bir dəqiq zərbə vuruldu

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

A seriyası matçında qapılara yalnız bir dəqiq zərbə vuruldu

İtaliya A Seriyasının 28-ci turunda autsayderlər zonasından uzaqlaşmağa çalışan "Fiorentina" öz meydanında "Parma"nı qəbul edib.

QOL.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Qonaqlar əsasən əks-hücumlara güvənsələr də, bu taktika onlara uğur gətirməyib. Eyni sözləri kifayət qədər hücum imkanı yarada bilməyən meydan sahiblərinə də aid etmək olar.

Qeyd edək ki, 90 dəqiqə ərzində hər iki komanda birlikdə qapı çərçivəsinə cəmi bir dəqiq zərbə endirə bilib. Bu nəticədən sonra "Parma" 11-ci pilləni bölüşdürür. "Fiorentina" isə təhlükəli zonadan cəmi bir xal uzaqlıqdadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
113
1
qol.az

2Mənbələr