AZ

Putin axtarışda olan şəxslərlə bağlı qərar imzaladı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin vətəndaşları qohumlarının və ya digər şəxslərin onları axtardığı barədə məlumatlandırmasını nəzərdə tutan qanunu imzalayıb.

Globalinfo.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktlar portalında dərc edilib.

Qanuna əsasən, fiziki və hüquqi şəxslər itkin və ya axtarılan vətəndaşlarla bağlı məlumatı artıq Daxili İşlər Nazirliyinin yerli idarələrinə, eləcə də Gosuslugi (Dövlət Xidmətləri) portalı vasitəsilə göndərə biləcəklər.

Müraciət daxil olduqdan sonra polis axtarılan şəxsə onun haqqında sorğu verildiyi barədə məlumat göndərəcək. Bildiriş poçt vasitəsilə çatdırılacaq.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
216
globalinfo.az

1Mənbələr