AZ

Ronaldu: “Güclü qadınlarla əhatə olunmuşam” FOTO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Səudiyyənin “Əl-Nəsr” futbol komandasının hücumçusu hücumçusu Kriştianu Ronaldu 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkə hesabında emosional paylaşım edib. Portuqaliyalı ulduz həyatındakı vacib qadınlara təşəkkürünü bildirib.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu həyat yoldaşı Corcina Rodriges, qızları, anası və bacıları ilə birlikdə çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.

Ronaldu paylaşımına bu sözləri əlavə edib:

“Mən güclü qadınlarla əhatə olunmuşam! Corcina, qızlarım, anam və bacılarım... Hər gün sizə minnətdaram. Beynəlxalq Qadınlar Gününüz mübarək!”

Qeyd edək ki, hazırda zədəsini bərpa etməklə məşğul olan Ronaldu komandasının son oyununu kənardan izləyib. Onun yoxluğunda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunda “Neom” klubunu 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. Portuqaliyalı hücumçunun müalicə üçün Madridə yollandığı və yaxın günlərdə yaşıl meydanlara dönəcəyi gözlənilir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
108
1
icma.az

2Mənbələr