AZ

İsrail SEPAH ın kosmik komandanlığını vurdu

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusunun məlumatına görə, SEPAH-ın kosmik komandanlıq mərkəzi, eləcə də paytaxtdakı onlarla hərbi obyekt vurulub. Bildirilib ki, həmin mərkəz "Xəyyam" peykinin idarəetmə və əməliyyat mərkəzi kimi fəaliyyət göstərib. IDF-in açıqlamasında bildirilib ki, bu obyekt məlumatların qəbulu, ötürülməsi və təhlili üçün əsas infrastruktur olub. Məlumata görə, son zərbələr zamanı Tehranda İranın daxili təhlükəsizlik qüvvələrinə məxsus bazadakı təxminən 50 silah anbarı da hədəfə alınıb. Bundan əlavə, Bəsic qüvvələrinin bazası, daxili təhlükəsizlik qüvvələrinin qərargahı və SEPAH-ın quru qoşunları ilə əlaqəli obyektlər də vurulub. Zərbələrin İranın hərbi infrastrukturunu zəiflətməyə yönəldiyi bildirilib. Məhəmmədəli Həsənli

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
azvision.az

2Mənbələr