AZ

Bundesliqa: “Sankt Pauli” və “Ayntraxt”dan qolsuz bərabərlik

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Almaniya Bundesliqasının 25-ci turu çərçivəsində “Sankt-Pauli” öz meydanında “Ayntraxt”ı qəbul edib. Hamburqun “Millerntor” stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.

İdman.Biz xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda hər iki komanda qol vəziyyətləri yaratsa da, hesabı açmaq mümkün olmayıb - 0:0.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran meydan sahibləri turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıblar. 35 xalı olan Frankfurt təmsilçisi isə yeddinci yerdədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
icma.az

2Mənbələr