AZ

Türkiyə ilə bağlı gündəmi silkələyən iddia: Heç kimin ağlına gəlməzdi, amma...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ və İsrailin İran və Yaxın Şərqdə istifadə etdiyi bəzi bombaların istehsalı Türkiyə mərkəzli şirkətlə əlaqələndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, ABŞ Dövlət Departamentinin saytında yayımlanan hesabatda İrana qarşı istifadə oluna biləcək sığınacaq deşən “BLU-110A” və “BLU-110B” tipli sursatların istehsalının 151,8 milyon dollar dəyərində “Repkon” ABŞ şirkətinə həvalə edildiyi qeyd olunub.

1978-ci ildə İstanbulda yaradılmış “Repkon” şirkəti ABŞ-da döyüş sursatı istehsal xətlərinin qurulması üzrə layihələr həyata keçirib. Şirkət ABŞ-da 155 min kvadratmetr sahədə sursat istehsalı xətlərinin qurulması ilə bağlı layihələrdə iştirak edib.

Məlumata əsasən, 2024-cü ilin noyabrında şirkət ABŞ ofisi üçün 435 milyon dollar dəyərində TNT partlayıcı maddələrinin istehsalını nəzərdə tutan layihə əldə edib. Bu texnologiya raket və bombaların partlayış mexanizmlərinin hazırlanmasında istifadə olunur.

Həmçinin bildirilir ki, 2025-ci ildə şirkət ABŞ-da MK-80 seriyalı bombaların istehsalı ilə məşğul olan müəssisəni satın alıb və bu sahədə ABŞ-ın “General Dynamics” şirkəti ilə əməkdaşlıq edir.

Texas ştatında qurulan yeni istehsal xətlərində aylıq təxminən 30 min ədəd döyüş sursatının istehsalının planlaşdırıldığı qeyd olunur.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
124
2
globalinfo.az

3Mənbələr