AZ

İsfahandakə nüvə mərkəzinə ciddi ziyan dəydi

İranın İsfahan əyalətindəki nüvə mərkəzinə 7 martda raket hücumu nəticəsində ağır ziyan dəyib.

Publika.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, obyekt zərbəyə məruz qalıb və bundan sonra ciddi dağıntılar qeydə alınıb. Radiasiya çirklənməsi barədə hələlik məlumat daxil olmayıb.

ABŞ və İsrail hesab edirlər ki, İranın nüvə yanacağının əsas hissəsi İsfahandakı yeraltı tunellərdə saxlanılır, qalan hissəsi isə Fordo və Natanzdakı bunkerlər arasında bölüşdürülüb. Münaqişənin ilk günlərində müttəfiqlər Tehranın materialları çıxarmasına mane olmaq və onları bloklamaq üçün artıq həmin tunellərin girişlərinə zərbələr endirmişdilər.

Seçilən
96
publika.az

1Mənbələr