İsrail Cənubi Qafqaz üçün səyahət xəbərdarlığını genişləndirib.
Bakıvaxtı.az xəbər verir ki, İsrail Milli Təhlükəsizlik Şurası səyahət xəbərdarlığını Azərbaycan, Gürcüstan və Ermənistanı da əhatə edəcək şəkildə genişləndirib.
Regionda artan gərginlik fonunda İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinmək tövsiyə olunur. Oxşar xəbərdarlıq əvvəllər BƏƏ üçün də verilmişdi.