AZ

“Feyenoord” autsayderlə bacarmadı

Niderland çempionatının 26-cı turunda “aşağı liqaya düşmə zonası”ndan çıxmağa çalışan "NAC Breda" öz meydanında "Feyenoord" komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, ümumilikdə az sayda qol şansı yaranmasına baxmayaraq, hər iki komanda fərqlənməkdə uğurlu olub.

Meydan sahibləri ilk yarım saat ərzində üç qol vuraraq hesabda üstünlük qazanıblar və fasiləyə 3:2 hesabı ilə yollanıblar. Turnirin favoriti sayılan "Feyenoord"isə məğlubiyyətdən yalnız ikinci hissədə qurtula bilib. Ayase Ueda dubl edərək hesabı bərabərləşdirib – 3:3.

Hazırda "Feyenoord"  lider PSV-dən 19 xal geri qalır." NAC Breda" isə turnir cədvəlində sonlardan ikinci pillədə qərarlaşıb.

Seçilən
43
90deqiqe.az

1Mənbələr