AZ

İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Novruz bayramı ərəfəsində balıq bazarlarında ən çox tələb olunan balıqlardan biri kütümdür.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, son günlər İranda baş verənlər fonunda Azərbaycana İrandan kütüm idxalı kəskin azalıb.

İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI - VİDEO

Onlar bildiriblər ki, mövcud qıtlıq qiymətlərə də ciddi təsir edib. Əvvəlki aylarda 10-15 manata təklif olunan kütüm indi 20-25 manata qədər bahalaşıb.

Kütüm balığı süni göllərdə yetişdirilmədiyi üçün bazar, əsasən təbii ovdan asılıdır. Bu isə təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olur. Bahalaşma digər balıq növlərində də hiss olunur. Xüsusilə forel balığı son günlər bazarlarda xeyli azalıb.

Satıcılar bildirirlər ki, xarici ölkələrdən balıq idxalı davamlı olsa və ov həcmi artsa, bazarda qiymətlər tədricən sabitləşə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
115
9
oxu.az

10Mənbələr