Misli Premyer Liqasının XXIII turunda daha bir oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, doğma meydanda "İmişli"ni qəbul edən "Şamaxı" heç-heçəyə razılaşıb.
Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.
Turnir cədvəlində "Şamaxı" 27 xalla səkkizinci, 22 xala malik "İmişli" isə doqquzuncudur.
"Şamaxı" - "İmişli" 0:0