ABŞ ordusunun 82-ci hava-desant diviziyasına İrana mümkün müdaxilə üçün hazırlıq əmri verildiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ ordusunun ən operativ bölmələrindən sayılan 82-ci hava-desant diviziyasına mümkün hərbi əməliyyat ssenariləri fonunda hazırlıq vəziyyətinə keçmək barədə göstəriş verilib.
Məlumata görə, sözügedən diviziya ABŞ Silahlı Qüvvələrinin ən sürətli reaksiya verən qüvvələrindən biri hesab olunur və qısa müddətdə dünyanın müxtəlif bölgələrinə göndərilə bilir. Bu səbəbdən onun hazır vəziyyətə gətirilməsi regionda gərginliyin daha da artdığını göstərən ciddi siqnal kimi qiymətləndirilir.
Musavat.com