İsrailin Müdafiə Ordusu İrandakı hədəflərə yeni genişmiqyaslı zərbə dalğasının başladığını elan edib.
"Far.Az"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.
Qeyd olunur ki, İsrail Ordusu Tehranda və İranın digər ərazilərində hədəflərə qarşı genişmiqyaslı zərbələrə başlayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.