AZ

Britaniya lideri Trampa ABŞ hərbçilərinin ölümünə görə başsağlığı VERDİ

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Krallığın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Nazirliyin Ofisi - Dauninq Strit məlumat yayıb. Bildirilib ki, liderlər ilk olaraq Yaxın Şərqdəki son vəziyyəti, həmçinin ABŞ ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığı müzakirə ediblər.

Telefon danışığı zamanı Baş nazir ABŞ hərbçilərinin həlak olması ilə bağlı Prezident Donald Trampa və Amerika xalqına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə özünün “Truth Social” platformasında Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcı gəmilər göndərməsinə ehtiyac olmadığını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
1
redaktor.az

3Mənbələr