AZ

Ukrayna ilə bağlı SON DƏQİQƏ MƏLUMATI – Saat 08:00-dan etibarən...

Ukraynanın bəzi regionlarında səhər saat 08:00-dan günün sonuna qədər elektrik kəsintiləri tətbiq olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Ukrenerqo" Milli Enerji Şirkəti məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlərin tətbiq edilməsinə səbəb Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların Ukraynanın enerji sisteminə vurduğu zərərdir.

Energetika qurumu qeyd edib ki, enerji sistemində vəziyyət dəyişə bilər. Buna görə də vətəndaşlara yaşadıqları ünvan üzrə elektrik kəsintisinin vaxtı və müddəti barədə məlumatı öz regionlarının rəsmi enerji şirkətlərinin səhifələrindən yoxlamaq tövsiyə olunur.

Bundan əlavə, enerji mütəxəssisləri vətəndaşları elektrik enerjisi qrafikə uyğun olaraq verildiyi zaman ondan mümkün qədər qənaətlə istifadə etməyə çağırıblar.

Musavat.com

Seçilən
141
50
musavat.com

10Mənbələr