AZ

Tramp ABŞ Müctəba Xameneinin ali dini lider seçilməsinə münasibət bildirməyə tələsmir: Görəcəyik...

ABŞ prezidenti Donald Tramp Müctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsi ilə bağlı şərh verməyin vaxtından əvvəl olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə İran Ekspertlər Şurası tərəfindən Müctəba Xameneinin yeni Ali Lider seçilməsi ilə bağlı suala cavab olaraq danışıb: "Görəcəyik nə olacaq".

Ondan əvvəl ABC News-a verdiyi müsahibədə ABŞ prezidenti İranın növbəti Ali Liderinin ABŞ-ın təsdiqi olmadan "uzun müddət davam etməyəcəyini" bildirmişdi.

Ağ Ev, Dövlət Departamenti və Pentaqon hələlik mətbuatın Müctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsi ilə bağlı şərh istəklərinə cavab verməyib. 

Musavat.com

 

Seçilən
155
22
musavat.com

10Mənbələr