AZ

Göygöldə 39 yaşlı piyadanı maşın vurdu

Göygöldə piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 1987-ci il təvəllüdlü N.Ələsgərov yolu keçmək istəyən zaman hərəkətdə olan "Hyundai" markalı minik maşını onu vurub. 39 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
107
6
unikal.az

9Mənbələr