AZ

II Liqa: Çempionatın lideri "Şəmkir"in qonağıdır

Azərbaycan II Liqasında ötən gün start götürən XVII tur çərçivəsində bu gün daha iki oyun keçiriləck.

Fanat.Az xəbər verir ki, bütün görüşləri eyni saatda başlayan turun ikinci günündə iddialı komandalar meydana çıxacaqlar.

Belə ki, lider "Xankəndi" səfərdə "Şəmkir"lə üzləşəcək. "Şirvan" isə "Quba"nı qonaq edəcək.

Qeyd edək ki, üç günü əhatə edəcək tura sabah baş tutacaq “Ağdaş” – “Qaradağ Lökbatan”oyunu ilə yekun vurulacaq. 

Ötən gün oynanılan "Kür-Araz" - "Ağstafa Gəncləri" qarşılaşmasında qalib müəyyənləşməyib (2:2).

Azərbaycan II Liqası
XVII tur
9 mart 

15:00. “Şirvan” – “Quba”
Hakimlər: Rəsul Babayev, Asif Abdullayev, Rasim Axundov, Vüqar Alıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Şəmkir” – “Xankəndi”
Hakimlər: Kamran Əliyev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
71
1
fanat.az

2Mənbələr