AZ

G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır

G7 ölkələri fövqəladə vəziyyətlər üçün anbarlarda yığılmış neft ehtiyatlarını bazara buraxmağı planlaşdırır.

Marja xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti xəbər yayıb.

Qəzetin yüksək səviyyəli G7 rəsmilərinə istinadən yaydığı məlumata görə, G7 ölkələrinin maliyyə nazirləri təcili iclas keçirərək Beynəlxalq Enerji Agentliyinin (IEA) koordinasiyası ilə fövqəladə neft ehtiyatlarının istifadəyə verilməsi məsələsini müzakirə edəcəklər.

Bakı vaxtı ilə saat 16:30-da keçirilməsi planlaşdırılan görüşdə IEA-nın icraçı direktoru Fatih Birol da iştirak edəcək. Toplantının əsas gündəliyi İranla bağlı müharibənin enerji bazarlarına təsirini yumşaltmaq və qlobal neft təchizatının təhlükəsizliyini təmin etməkdir.

Məlumata görə, o cümlədən ABŞ olmaqla G7-yə üzv üç ölkə artıq strateji ehtiyatların bazara çıxarılması ideyasını dəstəklədiyini açıqlayıb.

Bu addım qlobal iqtisadiyyatı staqflyasiya riskindən qorumaq və enerji qiymətlərinin artması səbəbindən güclənən inflyasiya təzyiqini azaltmaq üçün mühüm tədbir kimi qiymətləndirilir.

İş elanları AzVak.az-da

Seçilən
81
1
marja.az

2Mənbələr