AZ

Klublar niyə daha PFL-in loqosundan istifadə etmir? - AÇIQLAMA

Əvvəlki mövsümlərdə Premyer Liqa klublarının formalarında Peşəkar Futbol Liqasının və çempionatının sponsorunun loqolarının yerləşdirilməsi məcburi idi. Son zamanlar bunu görmürük. Səbəb nədir? 

Fanat.Az bununla bağlı Peşəkar Futbol Liqasının mətbuat xidmətinə sorğu ünvanlayıb.

Qurum məsələyə belə aydınlıq gətirib:

"Doğrudur, əvvəlki mövsümlərdə klubların formalarında PFL və ya yarışın baş sponsorunun şevronlarının yerləşdirilməsi ilə bağlı məcburi tələb mövcud idi. Hazırda isə yarışın sponsorunun təbliğatı əsasən klubların ev oyunlarını keçirdiyi stadionlarda yerləşdirilən reklam bannerləri vasitəsilə həyata keçirilir.

Peşəkar Futbol Liqası hesab edir ki, klubların oyun formaları onların öz brendinq və marketinq fəaliyyətləri üçün daha effektiv platformadır. Bu səbəbdən də hazırda formalardan istifadə ilə bağlı klublara daha sərbəst yanaşma tətbiq olunur. Ehtiyac yarandığı təqdirdə gələcəkdə şevronların yenidən tətbiqi məsələsinə baxıla bilər".

Mirağa

Seçilən
54
1
fanat.az

2Mənbələr