"Qırmızı vərəqə almağıma səbəb olan hadisədə, "Portu" ehtiyat skamyasından qovulan Luço Qonsales tuneldə mənə 50 dəfə "xain" dedi. Bunun səbəbini mənə izah etməsini istərdim. Nəyin xaini? Mən Portu"da olmuşam, Portu" üçün ruhumu qoymuşam. Çelsi, İnter, Real Madrid və Fənərbaxçaya getdim, dünyanı gəzdim və hər gün ruhumu, həyatımı verdim. Bunun adı peşəkarlıqdır. Luço Marselə gedəndə xain idi? Mənə daha asan qəbul edə biləcəyim bir şəkildə təhqir edə bilərdi, amma məncə, bu, çox dəyər verdiyim peşəkarlığıma qarşı bir hücum idi".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta