AZ

Şimal bölgəsi yenidən ağ örpəyə büründü FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gecə də ölkənin şimal bölgəsində hava qarlı və şaxtalı keçib. Dağlıq ərazilərdə yenidən qar yağıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə üzrə ən aşağı temperatur -12 dərəcə qeydə alınıb. Bu göstərici Quba rayonunun Qrız kəndində müşahidə olunub. Həmin kənddə qarın hündürlüyü 20 santimetrə çatıb.Xınalıq kəndində isə qar örtüyünün qalınlığı 17 santimetr təşkil edib. Ümumilikdə bölgədə Yel çərşənbəsi ərəfəsində qeyri-sabit hava şəraiti davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
124
1
bizim.media

10Mənbələr