AZ

Suriya hava məkanına qoyulan məhdudiyyətləri 10 martın sonuna qədər uzadıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Suriya öz hava məkanında tətbiq olunan uçuş məhdudiyyətlərini 10 mart, çərşənbə axşamı gününün sonuna qədər uzadıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata ölkə üzərindəki aviasiya hərəkətinə nəzarət edən “Dəməşq” uçuş məlumatı bölgəsinin aviadispetçer xidmətindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, məhdudiyyətlər dünya vaxtı ilə 10 mart saat 21:00-dək qüvvədə olacaq. Onun bildirrdiyinə görə, bu müddət ərzində sərnişin reysləri yalnız Hələb beynəlxalq hava limanından həyata keçirilə bilər. Uçuşlar üçün üç hava dəhlizi müəyyən edilib: onların ikisi Türkiyə sərhədi istiqamətinə, biri isə Aralıq dənizi istiqamətinə – Nikosiya dispetçerlərinin nəzarət etdiyi əraziyə qədər uzanır.

Eyni zamanda Dəməşq beynəlxalq hava limanı bağlı olaraq qalır. Bundan başqa, Suriyanın hava məkanı üçüncü ölkələrə tranzit uçuşlar üçün də hələlik açılmayıb.

Suriyanın hava məkanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra bağlanıb. Bir neçə gün ərzində ölkə üzərində ümumiyyətlə uçuşlar həyata keçirilməyib. Daha sonra isə sərnişin reysləri üçün Hələb hava limanı fəaliyyətini bərpa edib.

Fevralın 28-dən bu günə qədər İran və İraqın, eləcə də Bəhreyn və Küveytin hava məkanı bağlı qalır. Qətər sərnişin təyyarələri üçün hava məkanını qismən açmağa başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin hava məkanı da qismən açılıb. İsraildə isə uçuşlar vaxtaşırı dayandırılır və yenidən bərpa olunur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
icma.az

1Mənbələr