AZ

“Neftçi”nin avrokubok şansları böyükdü” Fərid Namazov

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Ölkə kubokunun yarımfinalçıları bəllidi: “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Zirə”. Maraqlıdı ki, çempionatda turnir cədvəlinin ilk dörd pilləsində də bu komandalar qərarlaşıb.“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bundan sonra avrokuboklara vəsiqə qazanmağın mümkünsüz olduğunu bildirir. “Araz-Naxçıvan”da isə qeyri-sabit nəticələr və klubdaxili problemlər var. Artıq bu iki komandanı avrokuboklara iddialılar sırasından silmək olarmı? Başqa hansısa komandanın bu zonaya iddialı olduğunu demək mümkündü? Bu mübarizə hansı komandalar arasında gedəcək? Sualları gənc mütəxəssis Fərid Namazova ünvanladıq:

“Kubokda mübarizəni davam etdirən dörd komanda da bu yerə layiqdi. Qızıl medal yolunda “Qarabağ”la “Sabah” favoritdi, amma onlar da finalda yox, yarımfinalda qarşılaşacaq. Onlardan biri finala çıxacaq. Final lotereyadı - necə ki, ötən mövsüm “Sabah” “Qarabağ”ı məğlub etdi, halbuki favorit “köhlən atlar” idi. Bu mövsüm də sürpriz gözləmək olar. Əslində heç sürpriz deməzdim, əziyyətinin bəhrəsi kimi “Turan Tovuz” da, “Zirə” da kuboku qazana bilər. “Neftçi”nin indiki vəziyyətdə 3-cü yeri tutması “Araz-Naxçıvan”la “Sumqayıt”dan daha realdı. Amma yenə də gözləmək lazımdı. “Zirə” də, “Turan Tovuz” da finala çıxsa, kuboku qazanmaq istəyəcək. Özlərini riskə atmayacaqlar ki, üçüncü yer məlum deyil. Bu dörd komandadan başqa avrokuboklara vəsiqə qazanmaq baxımından “Neftçi”nin də şansı yetərincə böyükdü. Qarşıda 11 tur var, “ağ-qaralar” ilk “üçlüy”ə düşə bilər”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
icma.az

2Mənbələr