AZ

Samir Nuriyev üçün özəl gün FOTOLAR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin doğum günüdür.

Onun 51 yaşı tamam olur.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, yüksək vəzifəli məmurla bağlı maraqlı məlumatları təqdim edir.

Samir Rafiq oğlu Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub.

1981-1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə təhsil alıb.

1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb, həmçinin 2000-2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində “Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım” layihəsi üzrə məsləhətçi olub.

2003-2005-ci illərdə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetində (Duke University) təhsil alıb və beynəlxalq inkişaf siyasəti ixtisası üzrə magistr dərəcəsi alıb.

2006-cı ildən 2009-cu ilədək İqtisadi İnkişaf Nazirliyində çalışıb, əvvəlcə Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini, direktoru, daha sonra isə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifələrində işləyib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən, 2009-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-2016-cı illərdə isə həmin idarənin rəisi olub.

Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, 2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib.

2018-ci ildən 2019-cu ilin noyabrınadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

Azərbaycan Prezidentinin 2019-cu il 1 noyabr tarixli Sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Evlidir. Üç övladı var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
3
cebheinfo.az

4Mənbələr