Misli Premyer Liqasının (MPL) 23-cü turu çərçivəsində bu gün "Kəpəz"i qəbul edəcək "Zirə"nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Ayron Qomis zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcək".
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Kəpəz" qarşılaşmasının start fiti 18:30-da səslənəcək. Hazırda qəsəbə təmsilçisi MPL-in turnir cədvəlində 38 xalla 4-cü, Gəncə komandası 16 xalla 10-cu yerdədir.
Toğrul