AZ

Naxçıvan aeroportu fəaliyyətini bərpa edir

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən bərpa ediləcək.

Bu barədə aeroportdan bildirilib.

Qeyd edilib ki, ilkin olaraq daxili istiqamət bərpa olunur.

Məlumatda vurğulanıb ki, hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılmaqdadır.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. 

Seçilən
72
2
xezerxeber.az

3Mənbələr