Türkiyədə qadın qarın və sinə gərdirmə əməliyyatından sonra ölüb.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, ölən 35 yaşlı Cessika Çaqnon Qayluks Kanada vətəndaşıdır. Hadisə 2 gün əvvəl saat 16:00 radələrində Antalyadakı özəl xəstəxanada baş verib.
Qadının ölüm səbəbi hələlik dəqiq də məlum olmasa da, araşdırma başlanıb.
Məlumata görə, Cessika 2 martda əməliyyat üçün ölkəsindən Antalyaya gedib.
Həkimlər tərəfindən aparılan əməliyyatın planlaşdırıldığı kimi başa çatdığı və əməliyyat zamanı heç bir ağırlaşmanın baş vermədiyi bildirilib.
Palataya aparılan qadının bir müddət sonra pisləşib və bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Cessika ilə Antalyaya gedən dostu Stefani Cobin bildirib ki, hər ikisi Türkiyəyə gəlməzdən təxminən 3 gün əvvəl birlikdə narkotik istifadə ediblər. Cobin söyləyib ki, dostunun heç bir sağlamlıq problemi olmayıb.
Cessikanın cəsədi ölümün dəqiq səbəbini müəyyən edilməsi üçün yarılma məqsədilə Antalya Məhkəmə Tibb İnstitutunun morquna aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Billurə