AZ

Neft bu qiymətə qədər bahalaşa bilər: Tarixi rekord

Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bir bareli 215 dollara qədər bahalaşa bilər.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Bildirilib ki, son beş ticarət sessiyasında neftin qiyməti 40 dollardan çox bahalaşıb.

2008-ci ildə WTI nefti üçün müəyyən edilmiş tarixi maksimum 145,29 dollar/barrel idi. Hörmüz boğazında tədarükdə uzunmüddətli fasilələr baş verərsə, qiymətlər rekord səviyyəyə yaxınlaşa bilər.

İqtisadçılar bildirirlər ki, qiymət artımı qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırır və yanacaq qiymətlərinə də təsir edəcək.

"Cebheinfo.az"

Seçilən
106
2
cebheinfo.az

3Mənbələr