AZ

“Mercedes” daş hasara çırpıldı -Yaralanan və ölən VAR

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Kənan Rufullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
75
2
redaktor.az

3Mənbələr