Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, bununla əlaqədar martın 6-da İran İslam Respublikasından Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycan Respublikasından İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhəd buraxılış məntəqələrindən buraxılışına başlanılıb.