BAKI, 9 mart. TELEQRAF
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2007- ci il təvəllüdlü İsgəndər Yusifov və 2009- cu il təvəllüdlü Əli Bağırov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onlara ilkin yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.