AZ

Pentaqondan qorxudan hədə: “Biz hələ İranla müharibəyə başlamamışıq”

“ABŞ hələ İrana qarşı hərbi kampaniyanın məqsədlərini həyata keçirmək üçün ciddi tədbirlər görməyib. Bu, yalnız başlanğıcdır. Biz hətta bu məqsədlərə necə nail olacağımızı daha da nümayiş etdirəcək bu kampaniyaya belə başlamamışıq".

“Cebheinfo.az” xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset “CBS News”-a verdiyi müsahibədə bildirib.

O əlavə edib ki, hazırda hər şey qaydasındadır.

Onun sözlərinə görə, Amerikanın imkanları İranın imkanlarından qat-qat üstündür. Pentaqon rəhbəri qeyd edib ki, hazırkı şəraitdə ABŞ silahlı qüvvələri 500 funtluq, 1000 funtluq və 2000 funtluq bombalar da daxil olmaqla, ənənəvi sursatlardan istifadə edərək hərbi hədəflərə güclü zərbələr endirməyə qadirdir.

ABŞ-nin ötən ilin iyun ayında hərbi əməliyyat zamanı basdırılmış İran arsenalından yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmaq niyyətində olub-olmadığı barədə suala Pentaqon rəhbəri "Bunun bir çox fərqli yolu var" cavabını verib. Lakin o, hansı konkret variantların nəzərdən keçirildiyini dəqiqləşdirməkdən imtina edib.

"Biz onların nüvə ambisiyalarının heç vaxt gerçəkləşməməsini təmin edəcəyik. Uğura nail olmaq üçün lazım olan qədər irəli getməyə hazırıq", - Heqset bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl "Times of Israel" qəzetinə verdiyi açıqlamada İranla müharibənin nə vaxt bitəcəyi ilə bağlı qərarın İsrailin Baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcəyini bildirmişdi.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr