AZ

Xərçəng riskini azalda bilən meyvələr

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xərçəngin yaranmasında genetik meyillə yanaşı həyat tərzi və ətraf mühit faktorları da mühüm rol oynayır. Sağlam qidalanma isə bu xəstəliyin qarşısının alınmasında əsas amillərdən biri hesab olunur.

Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, bəzi qidalar xərçəng riskini artırdığı halda, bəziləri qoruyucu təsir göstərə bilər. Emal olunmuş ət məhsulları - kolbasa, sosis və hisə verilmiş ət, həmçinin yüksək şəkərli qidalar, qızardılmış yeməklər, süni rəngləndirici və konservantlar, eləcə də trans yağlar xərçəng riskini artıran amillər arasında göstərilir.

Buna qarşılıq bəzi təbii qidaların qoruyucu təsirə malik olduğu qeyd olunur. Məsələn, kələm, brokoli və gül kələmi kimi tərəvəzlər tərkibindəki qlükosinolatlar və sülforafan maddəsi sayəsində xərçəngə qarşı təsiri ilə tanınır.

Xüsusilə Nar tərkibindəki ellag turşusu ilə diqqət çəkir. Araşdırmalara görə, bu maddə xərçəngə səbəb olan bəzi molekulları təsirsiz hala gətirə və hüceyrə zədələnməsinin qarşısını almağa kömək edə bilər. Mütəxəssislər narın xüsusilə süd vəzi xərçəngi də daxil olmaqla müxtəlif xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə biləcəyini bildirir.

Badam, quru üzüm, moruq, çiyələk və böyürtkən kimi qidalar da güclü antioksidant mənbəyi sayılır. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək DNT zədələnməsinin qarşısını almağa və xərçəng inkişafını ləngitməyə kömək edə bilər.

Bundan əlavə, Buğda cücərtisi yüksək xlorofil və amin turşuları ilə orqanizmin müdafiə sistemini gücləndirən qidalar arasında göstərilir. Bəzi tədqiqatlara görə, bu qida kimyaterapiya və radioterapiya zamanı yaranan yan təsirlərin azalmasına da dəstək ola bilər.

Həkimlər vurğulayır ki, sağlam qidalanma xərçəngin qarşısının alınmasında mühüm rol oynasa da, bu xəstəliyin müalicəsində əsas üsul tibbi nəzarət və vaxtında aparılan müayinələrdir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
www.bakupost.az

1Mənbələr