AZ

İrandakı məktəbə hücumun yeni görüntüləri yayıldı 168 uşaq həyatını itirmişdi + VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İranın Minab şəhərində yerləşən Şəcərəyi-Tayyibə ibtidai məktəbinə edilən hücumla bağlı yeni görüntülər ortaya çıxıb. 

"The New York Times" qəzetinin hərbi ekspertlərlə birlikdə apardığı araşdırmaya görə, məktəb "Tomahavk" raketləri ilə vurulub.

Qeyd olunur ki, bu raket ABŞ ordusunun silah arsenalında olan uzaqmənzilli qanadlı raketlərdən biridir.

Qəzet hadisəni araşdırarkən silah mütəxəssisləri və keçmiş hərbi partlayıcı zərərsizləşdirmə mütəxəssisləri ilə işləyib. Təhlil olunan görüntülərdə raketin əvvəlcə məktəbin yaxınlığında yerləşən tibbi klinikanı vurduğu görünür.

Kamera hərəkət etdikdə isə məktəbin yerləşdiyi ərazidən güclü toz və tüstü buludlarının yüksəldiyi müşahidə olunur. Qəzetin analizinə görə, məktəb və dəniz bazasına edilən hücumlar eyni vaxtda baş verib. Raket əvvəl klinikanı vurub, daha sonra məktəb ətrafında böyük dağıntılara səbəb olub.

Qeyd edək ki, hücumdan sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin məktəbi vurduğu iddialarını rədd edərək hadisənin İran tərəfinin səhv atdığı sursat nəticəsində baş verdiyini iddia etmişdi.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
azpolitika.info

1Mənbələr