AZ

Şeyx Allahşükür Paşazadə bu gün iftarını Vatikanda açacaq: Romada ilk bəşəri iftar - FOTO

Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Vatikana səfəri çərçivəsində Vatikan Həvari Kitabxanasında olub.

Musavat.com xəbər verir ki, nümayəndə heyəti dünyanın ən qədim və zəngin kitabxanalarından biri sayılan Vatikan Həvari Kitabxanasının fondu ilə tanış olub.

Məlumata görə, kitabxananın fondunda 1 milyon 600 min kitab, 150 min manuskript, 100 mindən artıq qravür və xəritə, eləcə də 300 min sikkə və medal saxlanılır. Vatikan Həvari Kitabxanası XVI əsrdən fəaliyyət göstərir və yalnız xüsusi qonaqların bu kitabxanaya daxil olmasına icazə verilir.

Kitabxana həmçinin unikal memarlıq üslubu və zəngin divar rəsmləri ilə də diqqət çəkir və dünyanın ən mühüm tarixi və elmi mərkəzlərindən biri hesab olunur.

Qeyd edək ki, martın 9-da Azərbaycanın – Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Romada ilk dəfə iftar mərasimi keçiriləcək. Mərasimdə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Dövlət Katibi Pyetro Parolin və digər rəsmilər, həmçinin islam, xristian və yəhudi dinlərinin nümayəndələri iştirak edəcəklər.

Azərbaycanın təşəbbüsü ilə keçiriləcək bu iftar mərasimi dünyada gərginliklərin artdığı bir dövrdə sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviqi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir və ölkəmizin tolerantlıq ənənələrinin növbəti nümunəsi hesab olunur.

Musavat.com

Seçilən
120
3
musavat.com

10Mənbələr