AZ

Dövlət Departamenti bəzi diplomatlara Səudiyyə Ərəbistanını tərk etməyi əmr edib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ Dövlət Departamenti artan təhlükəsizlik təhdidləri fonunda Amerika diplomatik missiyasının bəzi üzvlərinə Səudiyyə Ərəbistanını tərk etməyi əmr edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, diplomatlara ölkəni tərk etmək üçün məcburi əmr verilib. Bu, ABŞ və İsrailin 28 fevralda İrana qarşı müharibəyə başlamasından bəri ilk belə hərəkətdir.

Əvvəllər vacib olmayan işçilərə və onların ailələrinə Səudiyyə Ərəbistanını könüllü olaraq tərk etməyə icazə verilirdi, lakin məcburi şəkildə ölkədən çıxmaq əmri verilmirdi.

Qərar Ər-Riyaddakı diplomatik məhəlləyə edilən bir sıra hücumlardan sonra verilib. Səudiyyə Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ səfirliyinin binası və ətraf ərazi iki dron tərəfindən vurulub.

Mənbələrə görə, konsulluq işçilərinə də məcburi şəkildə ölkədən çıxmağa hazırlaşmaq tapşırılıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
bizimyol.info

1Mənbələr