Azərbaycan II Liqasının VII turunda baş tutmalı olan “Xankəndi” – “Şəmkir” görüşünün başlaması gecikir.
"Cebheinfo.az" xəbər verir ki, 15.00-da başlamalı olan qarşılaşmada hələ də start fiti çalınmayıb.
Buna səbəb isə komandaların formalarının rənglərinin oxşar olmasıdır.
Oxşarlıq səbəbindən hakim matçın başlamasına icazə verməyib.
Qarşılaşmanın aqibəti ilə bağlı məlumat veriləcək.
"Cebheinfo.az"