AZ

Neftin qiyməti 110 dolları ötdü

Neftin qiyməti 110 dolları ötdü

ABŞ-İsrail və İran arasında gərginləşən müharibənin Hörmüz boğazından daşınmaları uzun müddət axsadacağı narahatlığı ilə qlobal neft qiymətləri bir barel üçün 110 dolların üzərinə çıxıb, birjalarda isə kəskin enişlər yaşanıb.

AFN.az xəbər verir ki, İranın bazar günü hücumlarda öldürülən Əli Xameneinin yerinə oğlu Müctəba Xameneini dini lider təyin etməsi münaqişələrin birinci həftəsində sərt xətt tərəfdarı olan rəhbərliyin iqtidarını qoruduğu siqnalını verib. Həftə sonu boyu İran daxilində neft anbarları da daxil olmaqla bir çox hədəfin vurulması enerji təchizatı təhlükəsizliyinə dair təhdidləri artırıb.

Bazar ertəsi səhər Asiya bazarlarında "Brent" markalı neftin qiyməti 24% artaraq 114,74 dollara yüksəldiyi halda, ABŞ yüngül nefti 26%-dən çox dəyər qazanaraq 114,78 dollardan satılıb. Bölgədəki gərginlik birjalarda da kəskin satışlara səbəb olub; Yaponiyanın "Nikkei 225" indeksi 7%-dən çox, Cənubi Koreyada "Kospi" indeksi isə 8%-dən çox geriləyib.

Dünya neft təchizatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında hərəkət müharibənin başlamasından bəri demək olar ki, tamamilə dayanıb. Analitiklər xəbərdarlıq edirlər ki, bu tıxanıqlıq martın sonuna qədər davam edərsə, qiymətlər 150 dollarla rekord qıra bilər.

ABŞ Prezidenti Donald Tramp isə qiymət artımı ilə bağlı açıqlamasında bu yüksəlişlərin İranın nüvə təhdidini aradan qaldırmaq üçün "ödəniləcək kiçik bir bədəl" olduğunu müdafiə edib.

Seçilən
14
afn.az

1Mənbələr