AZ

Şəfa dan 1 xal almaq bizim üçün böyük uğur olar Tural Cəlilov

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci Liqanın 19-cu turunda lider "Şəfa" son iki turda qələbə qazanan "Şimal"ın qonağı olacaq. Şamaxıda baş tutacaq qarşılaşma ərəfəsində meydan sahiblərinin oynayan məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şəfa"nın gücü bəllidir. Rəqibin keyfiyyətli komanda olduğunu hamımız bilirik. Bizim məqsədimiz isə liqada qalmaqdır. Hesabın necə olacağını zaman göstərəcək, amma "Şəfa"dan xal almaq üçün əlimizdən gələni edəcəyik. Sona qədər mübarizə aparacaq, döyüşəcəyik. "Şəfa"dan 1 xal almaq bizim üçün böyük uğur olar".

Martın 11-də keçiriləcək "Şimal" - Şəfa" qarşılaşmasının start fiti 15:00-da səslənəcək.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
1
fanat.az

2Mənbələr