AZ

Türkiyədən İLK CAVAB

Ajans.az xəbər verir ki, bu barədə o, öz "X" hesabında paylaşım edib. "İrandan atılaraq ölkəmizə doğru yönəldiyi aşkarlanan ballistik raket Qaziantepin Şahinbey rayonu üzərindəki səmada NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisə ilk andan etibarən bütün qurumlarımız tərəfindən yaxından izlənilib, lazımi müdafiə və təhlükəsizlik tədbirləri dərhal işə salınıb. Bu kontekstdə başda Milli Müdafiə Nazirliyi olmaqla, bütün müvafiq qurumlar tam koordinasiyalı şəkildə hərəkət edirlər. Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətimizin iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir", - deyə o bildirib.

Seçilən
84
Ajans.az

1Mənbələr