AZ

Azərbaycan çempionatında daha bir RÜSVAYÇILIQ! Lider meydana çıxmağa forma tapmadı

II Liqada 17-ci tur davam edir.

Çempionluq uğrunda mübarizə aparan «Xankəndi» bu gün Şəmkirdə meydana çıxmalı idi.

Lakin… Saat 15:00-da start götürməli olan qarşılaşma baş tutmayıb.

Sırf qonaqların səfərə hazırlıqsız yollanması üzündən. Belə ki, «Xankəndi» qərb bölgəsinə cəmi iki forma dəsti aparıb.

«Şəmkir» də ağ-göy formada meydana çıxmaq istəyini bildirdiyindən, Kamran Əliyevin başçılıq etdiyi hakimlər briqadası «Xankəndi»yə başqa rəngdə geyim tapması üçün vaxt verib.

Matçın AFFA nümayəndəsi Namiq Əliyev də saat 16:30-a qədər gözləyə biləcəkləri barədə xəbərdarlıq edib.

Vaxt tamam olub, ev sahiblərindən fərqli olaraq, çempionatın lideri meydana çıxmayıb.

SPORTİNFO.AZ

Seçilən
75
sportinfo.az

1Mənbələr