İranda yeni Ali Lider seçilən Müctəba Xamenei xalqa ilk müraciətini edib.
“Çətinliklər qarşısında möhkəm dayanan böyük, cəsur və şərəfli İran xalqına salam olsun. Bu gün biz liderlik etibarı yolunda davam edəcəyimizə söz veririk və şəhidlərimizin yolu ilə irəliləyəcəyik”, – deyə o bildirib.
Yeni Ali Lider çıxışında İranın əsas dəyərlərini qorumağa davam edəcəklərini vurğulayıb.
“Biz şərəf, ləyaqət, azadlıq və qüruru müdafiə edirik”, – deyə Müctəba Xamenei əlavə edib.